cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

Bu komanda daha “Region Liqası”nda oynamaq istəmir

24.01.2020 15:00 Oxundu 390

“Region Liqası”nın ikiqat qalibi “Uğur”n komandası növbəti mövsümdən bu liqada oynamaq istəmir.

Cempion.az xəbər verir ki, Sumqayıt təmsilçisi artıq I Divizionda çıxış etmək istəyir.

3 ildir həvəskar səviyyədə (bir il də Həvəskarlar Liqası) oynayan sumqayıtlılar artıq “peşəkarlaşmaq” istəyir. Əslində onlar ötən il I Divizion üçün AFFA-ya müraciət etmişdilər. Lakin federasiya onların istəyinə mənfi cavab vermişdi. “Uğur” bu il I Divizion üçün yenidən AFFA-ya müraciət etməyi düşünür.