cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

"Keşlə"nin son oyununun vaxtı açıqlandı

24.01.2020 14:26 Oxundu 358

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Keşlə"nin son yoxlama oyununun saatı bəlli olub.

Cemiрion.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, sabah Slovakiyanın "Zemplin" klubu ilə  keçiriləcək görüş Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

Qeyd edək ki, Tərlan Əhmədovun komandası yanvarın 25-də Bakıya qayıdacaq və mövsümün ikinci yarısına hazırlığını davam etdirəcək.