cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

"Qəbələ" bu gün son yoxlama oyununa çıxacaq

25.01.2020 11:00 Oxundu 368


Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" bu gün son yoxlama oyununa çıxacaq.
Cempion.az xəbər verir ki, "qırmızı qaralar" Rumınyanın "Konkordiya" komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 18:30-da başlayacaq.

Qeyd edək ki, bunadək üç yoxlama oyunu keçirən “Qəbələ” Macarıstanın "MTK" (0:3), Rusiyanın “Çayka” (3:0) və Bolqarıstanın “Etar” (0:0) komandaları ilə üz-üzə gəlib.