25.01.2020 12:00
353

İngiltərənin “Liverpul” klubu “Real Madrid” klubunun yarımmüdafiəçisi İsko ilə maraqlanır.
Cempion.az “Calciomercarto.com” istinadən xəbər verir ki, 27 yaşlı ispaniyalı hücumçu ilə “Yuventus”la birgə İngiltərə Premyer Liqasının bir neçə klubu da maraqlanır.
İsko “Real Madrid” klubunda 2013-cü ildən çıxış edir. Klubla müqavilə 30 iyun 2022-ci ilə qədərdir.
Qeyd edək ki, futbolçunun transfer qiyməti 50 milyon avrodur.