cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

“PSJ” və “Yuventus” futbolçularını dəyişə bilər

25.01.2020 12:30 Oxundu 407


Fransanın “PSJ” klubu ilə İtaliyanın “Yuventus” klubları futbolçularını dəyişdirə bilər.
Cempion.az  “LEquipe” istinadən xəbər verir ki, Paris komandasının müdafiəçisi Leyvin Kurzava “Yuventus”a keçə bilər. Əvəzində parislilər qarşı tərəfdən Mattia de Şilyo istəyirlər.
27 yaşlı Mattia de Şilyo kulubun 9 oyununda meydançaya çıxıb. Oyunçunun müqavilə müddəti 2022-ci ilə qədərdir. Hazırda futbolçunun transfer qiyməti 12 milyon avrodur.

Qeyd edək ki, Paris klubunun müdafiəçisi Leyvin Kurzava isə 14 oyunda bir məhsuldar ötürmə verib. Müqavilə müddəti yaya qədər olan futbolçunun transfer qiyməti 15 milyon avrodur.