25.01.2020 14:00
385


Xəbər verdiyimiz kimi, yanvarın 28-də AFFA-da həm prezident, həm vitse-prezident, həm də icraiyə komitəsinə üzvlər seçiləcək.
Cempion.az xəbər verir ki, Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçiləcək.
Çünki alternativi yoxdur. Vitse-prezidentlərdən ikisi Rauf Əliyevlə Elşad Nəsirov olacaq. İcraçı vitse-prezident isə hazırkı baş katib Elxan Məmmədov seçiləcək. Sonuncu vitse-prezident postuna ən real namizəd isə Zaur Axundovdur. Əldə etdiyimiz məlumata görə, baş katib Elxan Məmmıdov da Axundovun seçilməsini istəyir. Lakin yekun sözü AFFA prezidenti deyəcək.