cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Bundesliqada yeni rekord

25.01.2020 15:30 Oxundu 356


Dortmunt "Borussiya"sının futbolçusu Erlinq Haaland Bundesliqanın yeni rekordunu müəyyənləşdirib.
Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki, norveçli hücumçu 19-cu turda "Köln"lə qarşılaşmada (5:1) dubl edib.  19 yaşlı futbolçu 18-ci turda "Ausburq"la qarşılaşmada (5:3) isə 3 qol vurmağı bacarıb. Bununla da o, Almaniya Bundesliqasında ilk iki oyununda 5 qol vuran ilk futbolçu olub.

Qeyd edək ki, E.Haaland "Borussiya"ya bu il  "Zalsburq"dan keçib.