cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

"Səbail" Antalyada son sınağına çıxır

25.01.2020 12:09 Oxundu 363


Antalyadakı təlim-məşq toplanışına yekun vurmağa hazırlaşan "Səbail" bu gün son son yoxlama oyununa çıxacaq.

Cemрion.az xəbər verir ki, paytaxt təmsilçisi Polşanın "Korona" komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı  ilə 16:00-da başlayacaq.

Qeyd edək ki, "Səbail" bunadək 3 yoxlama oyunu keçirib. Aftandil Hacıyevin kollektivi Qazaxıstanın "Jetisu" komandasına 0:1, Ukrayna "Olimpik"inə isə 1:3 hesabı ilə məğlub olub. Komanda Rumınyanın "Voluntari" komandası ilə isə 2:2 hesablı heç-heçə edib.