25.01.2020 18:46
381

“İnter”in futbolçusu Valentino Lazaro karyerasını İngiltərədə davam etdirəcək.
Cempion.az Ingiltərə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Nyukasl”a transfer olub. Lazaro, mövsümün sonuna qədər icarə əsasında “Nyukasl”ın şərəfini qoruyacaq.
Qeyd edək ki, 2019-cu ilin yayında “Herta”dan “İnter”ə keçən Lazaro, bu mövsüm A Seriyasında 6 oyuna çıxıb. Yarımmüdafiəçi eyni zamanda Avstriya millisinin də üzvüdür.