cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

Millimiz Şimali Makedoniya ilə qarşılaşacaq

25.01.2020 12:37 Oxundu 349


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək.
Cempion.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı yığmamız Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, milli daha öncə Türkiyənin "Alanyaspor" klubunun U-19 komandasını 4:2 hesabı ilə məğlub edib.