cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

Rəşad Sadıqov mövsümün sonunda futboldan gedir?

25.01.2020 17:00 Oxundu 506

Böyük ehtimalla cari mövsüm Rəşad Sadıqovun futbolçu karyerasında sonuncu olacaq.

Cempion.az xəbər verir ki, 38 yaşlı futbolçu artıq karyerasını bitirib növbəti mövsümdən məşqçi kimi çalışmaq istəyir.

Lakin mövsümdən sonra o, bu barədə Qurban Qurbanovla məsləhətləşəcək. Qurbanov onun xidmətindən futbolçu kimi istifadə etməkdə maraqlı osla, Sadıqov qərarını dəyişə bilər.  Ancaq indiki halda Rəşadın fikri mövsüm başa çatandan sonra futbolçu karyerasını bitirməkdi.