25.01.2020 23:02
348


“Qarabağ” bu gün ikinci, Antalya toplanışı çərçivəsində isə sonuncu yoxlama matçına çıxıb.
Cempion.az xəbər verir ki, Ağdam təmsilçisi sabiq futbolçusu Jakub Jezniçakın hazırkı klubu “Visla” (Polşa) ilə qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın qollarını Mahir Emreli (18-pen.) və Xaymer Romero (52) vurub.
Qeyd edək ki, “Qarabağ” günün ilk sınaq matçında Çexiya təmsilçisi “Siqma”ya uduzub – 1:3.
Xatırladaq ki, "Qarabağ" bunadək 2 yoxlama oyunu keçirib. Rumınyanın "Akademiya Klinçeni"si ilə 2:2 hesablı heç-heçə edən komanda Qazaxıstanın "Jetisu"sunu minimal fərqlə üstələyib - 1:0.