cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

Cüzeppe Paniko "Qarabağ"ın maraq dairəsində

25.01.2020 23:10 Oxundu 404

"Qarabağ" heyətini yeni fubolçu ilə gücləndirə bilər.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Ağdam klubu İtaliya B Seriyasında çıxış edən "Çittadella"nın futbolçusu Cüzeppe Paniko ilə maraqlandığı iddia olunur. 22 yaşlı hücumçunu B Seriyasının bir neçə klubu da transfer etmək istəyir. Onun klubu ilə müqaviləsi bu mövsümün sonuna qədərdir.
 
Qeyd edək ki, Paniko İtaliyanın U-17, U-18, U-19 və U-20 yığmalarında oynayıb. "Cenoa"nın yetirməsi 2018-ci ildən "Çittadella"da çıxış edir.