şənbə, 17 may 2025

BİZİM FUTBOL

Millimizdən növbəti qələbə

25.01.2020 23:29 Oxundu 343


Antalyada hazırlıq prosesi keçən 19 yaşlılardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununa çıxıb.
Cempion.az xəbər verir ki, Samir Əliyevin çalışdırdığı yığmamız Makedoniyanın U-19 komandası ilə üz-üzə gəlib. Oyun millimizin qələbəsi ilə başa çatıb - 2:0. Qolları Camal Cəfərov və Elçin Qasımov fərqlənib.

Qeyd edək ki, milli bundan əvvəl "Alanyaspor"un 19 yaşlılardan ibarət kollektivi ilə qarşılaşıb və 4:2 hesabı ilə qalib gəlib.