25.01.2020 23:46
339

"Sumqayıt" bu gün Antalyada son yoxlama oyununu keçirib.
Cempion.az xəbər verir ki, Sumqayıtın eyni adlı komandası Qazaxıstanın "Şaxtyor" kollektivi ilə görüşüb və 4:2 hesablı qələbə qazanıb. Təmsilçimizin heyətində Amil Yunanov dubl edib (49, 62). Digər qolları isə Əmir Ağayev (27) və Rəhim Sadıxov (59) vurub.
Qeyd edək ki, Ayxan Abbasovun kollektivi bunadək 3 yoxlama oyununa çıxıb. Macarıstan "Kaposvar"ına 3:4 hesabı ilə məğlub olan "Sumqayıt" Rumınyanın "Politexnik"i ilə 1:1 hesablı heç-heçə razılaşıb və Polşa"nın "Arka" komandasını 1:0 hesabı ilə məğlub edib.