cümə, 20 iyun 2025

BİZİM FUTBOL

"Qəbələ"dən heç-heçə

25.01.2020 23:55 Oxundu 370


Antalyada təlim-məşq toplanışı keçirən "Qəbələ" bu gün son yoxlama oyununa çıxıb.
Cempion.az xəbər verir ki, "qırmızı qaralar" Rumınyanın "Konkordiya" komandası ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.
"Qəbələ"nin qollarını Asif Məmmədov (21) və Amin Seydiyev (52) vurub.

Qeyd edək ki, bunadək üç yoxlama oyunu keçirən “Qəbələ” Macarıstanın MTK (0:3), Rusiyanın “Çayka” (3:0) və Bolqarıstanın “Etar” (0:0) komandaları ilə üz-üzə gəlib.