cümə, 20 iyun 2025

DÜNYA FUTBOLU

"Fənərbaxça"dan qələbə

26.01.2020 00:05 Oxundu 363


Türkiyə Super Liqasında 19-cu tura start verilib.
Cempion.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Gənclərbirliyi” doğma azarkeşləri qarşısında “Qaziantep”i qəbul edib. Meydan sahibləri bu qarşılaşmada minimal hesabla üstün olublar.
Şənbə günü üç görüş baş tutub. “Kayserispor” – “Ankaragücü” matçında qalib müəyyənləşməyib. “Kasımpaşa” doğma meydanda “Alanyaspor”a uduzub.
Turun mərkəzi görüşü İstanbulda keçirilib. “Fənərbaxça” doğma azarkeşləri qarşısında “Başakşəhər”i qəbul edib. Derbi meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Lider “Sivasspor” bu turda “Rizəspor”u sınağa çəkəcək. “Qalatasaray” “Konyaspor”, “Beşiktaş” isə “Göztəpə” ilə qarşılaşacaq.

Türkiyə Super Liqası, 19-cu tur

24 yanvar

Gənclərbirliyi – Qaziantep 1:0
Qol: Sessenyon, 64-pen.

25 yanvar

Kayserispor – Ankaragücü 1:1
Qol: Mensah, 23 – A.Kubalaş, 68.

Kasımpaşa – Alanyaspor 1:2
Qol: Kuaresma, 67-pen – Sisse, 34. S.Uçan, 73.

Fənərbaxça – Başakşəhər 2:0
Qol: Kruse, 72. Muriqi, 86.

26 yanvar

14:30 Dənizlispor – Antalyaspor
17:00 Göztəpə – Beşiktaş
20:00 Konyaspor – Qalatasaray

27 yanvar

21:00 Sivasspor – Rizəspor
21:00 Yeni Malatyaspor – Trabzonspor

Bombardir: Aleksandr Sörlot (Trabzonspor) – 15 qol.