cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

"İnter" Jiru ilə razılığa gəldi

26.01.2020 17:00 Oxundu 382


"İnter" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Cempion.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisi "Çelsi"nin futbolçusu Oliviye Jiru ilə razılaşıb. 33 yaşlı hücumçunun transferinin yaxın vaxtlarda açıqlanacağı bildirilib. Fransalı futbolçunun İtaliya klubunda illik 4 milyon avro qazanacağı yazılıb. 

Qeyd edək ki, O.Jiru 2018-ci ildən "Çelsi"nin formasını geyinir.