bazar ertəsi, 02 iyun 2025

DÜNYA FUTBOLU

"Real"dan "Qranada"ya

26.01.2020 18:00 Oxundu 355


Müqavilə ilə Madrid “Real”ına məxsus olan, icarə əsasında İngiltərənin “Vulverhempton” klubunda çıxış edən Xesus Valyexo İspaniyaya qayıdıb.

Cempion.az xəbər verir ki, 23 yaşlı müdafiəçi “Qranada”ya icarəyə verilib. Valyexo mövsümün sonuna kimi “Qranada”nın formasını geyinəcək.

Valyexo 2019-cu ilin yayında “Vulverhempton”a icarəyə verilmişdi. İspan müdafiəçi bu mövsüm “canavarlar”la 7 oyuna çıxıb. Xesus 2015-ci ildən “Real”dadı.