cümə axşamı, 01 may 2025

DİGƏR NÖVLƏR

Braziliyalı dünya çempionuna ağır cəza

26.01.2020 19:00 Oxundu 330


Braziliya cüdoçusu Rafaela Silva iki il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

Cempion.az xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası qərar çıxarıb.

28 yaşlı idmançıdan 2019-cu ildə Perunun paytaxtı Limada keçirilmiş Panamerikan Oyunları zamanı dopinq testi götürülüb. 57 kq çəki dərəcəsində mübarizə aparan cüdoçunun orqanizmində fenoterol maddasi aşkarlanıb.

Bu onu 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında çıxış etmək imkanından məhrum edə bilər. Silva İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək niyyətindədir. Rafaela Silva 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibidir.