cümə axşamı, 01 may 2025

DİGƏR NÖVLƏR

Məşhur basketbolçu faciəli surətdə dünyasını dəyişdi

27.01.2020 09:28 Oxundu 386


Dünyaca məşhur basketbolçu Kobe Bryant helikopter qəzası nəticəsində dünyasını dəyişib.

Cempion.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Kaliforniyada baş verib.

Ehtimala görə, qəzaya düşən "Sikorsky S-76" tipli helikopterin içində "Los Angeles Lakers"in əfsanəsinin qızı Gianna da daxil olmaqla, üç sərnişin və pilot olub. Onlardan heç biri sağ qalmayıb.

Qeyd edək ki, "Black Mamba" ləqəbli basketbolçunun 41 yaşı var idi. O, karyerasını 2016-cı ildə başa vurmuşdu.