cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Mançester klubları 1/8 finala darmadagınla yüksəldi

27.01.2020 12:20 Oxundu 316


İngiltərə kubokunda 1/16 final mərhələsinin oyunları davam edir.

Cempion.az xəbər verir ki, ikinci oyun günündə üç matç keçirilib.“Mançester Siti” “Fulhem”i, “Mançester Yunayted” isə “Tranmir”i darmadağın etməklə növbəti mərhələyə yüksəlib. Səfərdə “Şrusberi Taun”la qarşılaşan “Liverpul” isə 2:2 hesablı heç-heçə edib. Yurgen Kloppun komandası növbəti mərhələyə yüksəlmək üçün bu rəqiblə təkrar oyun keçirməli olacaq.

26 yanvar

"Mançester Siti" – "Fulhem" - 4:0
Qollar: Gündoğan, 8-pen, Silva, 19, Jezus, 72, 75

"Tranmir" – "Mançester Yunayted" - 0:6
Qollar: Maquayr, 10, Dalot, 13, Linqard, 16, Fil Cons, 41, Martial, 45, Qrinvud, 56-pen

"Şrusberi Taun" – "Liverpul" - 2:2
Qollar: Kertis Cons, 15 (0:1), Lav, 46-avtoqol (0:2), Kamminqs, 65-pen (1:2), 75 (2:2)