27.01.2020 14:23
380

Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.
Cemрion.az xəbər verir ki, komanda 25-ci turda doğma meydanda "Deportivo" ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Eddi start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. O, 21-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, "Albasete" hazırda 28 xalla 16-cı pillədə qərarlaşıb.