27.01.2020 11:10
383


Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi “Tobol” qış fasiləsində ilk yoxlama oyununu keçirib.
Cempion.az xəbər verir ki, Qazaxıstan təmsilçisi Slovakiyanın “Jilina” klubu ilə qarşılaşıb.Oyun 1:1 hesabı ilə başa çatıb. Emil Balayev oyunda iştirak etməyib.
Komandanın erməni çalışdırıcısı Qriqori Babayan qarşılaşmadan sonra klubun saytına verdiyi müsahibəsində Balayevin oyunamamasının səbəbini açıqlayıb: “Belə rəqiblərlə oynamaq hər zaman yaxşıdır. Ancaq bilirsiniz ki, biz hələ tam hazır deyilik. Azat Narquliyev və Nikita Boçarov əməliyyatdan sonra tam sağalmayıblar. Azərbaycanlı əlcək sahibinin isə planlaşdırılmış reabilitasiyası dönəmi hələ də davam edir. Bizə qoşulan oyunçular hələ hazır deyillər”.
Qeyd edək ki, Babayanın “Tobol”a baş məşqçi təyin olunmasından sonra Balayevin komandadan ayrılacağı haqda xəbərlər yayılmışdı.