cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

"Qana yığmasına hər dəfə çağırıldığım vaxt problem yaşayırdım" - Kvabena Ovusu

27.01.2020 11:35 Oxundu 460


“Qarabağ”ın yeni transferi Kvabena Ovusu keçmiş klubu “Kordoba”nın baş məşqçisi Raul Aqneni ittiham edib.
Cempion.az “diariocordoba.com” saytına istinadən xəbər verir ki, qanalı hücumçu, Sequnda təmsilçisindən ayrılmağında Aqnenin günahı olduğunu deyib:

“Mən elə bir baş məşqçi tanımıram ki, mənə dediyi sözləri ona hər şeyini verən digər oyunçu barədə səsləndirsin. Qana yığmasına hər dəfə çağırıldığım vaxt problem yaşayırdım. Afrika kubokunun oyunundan sonra dərhal qayıdırdım ki, məni heç bir səbəbsiz ehtiyatda saxlamasın.
“Rekreativo” ilə qarşılaşmada penalti qazanaraq, qol vurduğum vaxt Aqne məni heç təbrik etmədi. Sonra ayrılmağa qərar verdim. Çünki səninlə danışmayan baş məşqçiyə dözmək çox çətin olur”.

Qeyd erdək ki, Kvabena Ovusu “Qarabağ”la 3,5 illik sözləşmə imzalayıb. O, müqavilə ilə “Leqanes” klubuna məxsus idi. 23 yaşlı hücumçu mövsümün ilk dövrəsini icarə əsasında “Kordoba”da keçirib.