27.01.2020 17:23
335

Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” Türkiyədə təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Cempion.az xəbər verir ki, Ukrayna təmsilçisi Ermənistanın “Pünik” klubu ilə qarşılaşıb. Oyun “Aleksandriya”nın 5:2 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, Paşayev qarşılaşmada əsas heyətdə meydana çıxıb və ikinci hissədə əvəzlənib.