cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Ever Baneqa Ərəbistan klubunda

27.01.2020 18:07 Oxundu 418

"Sevilya"nın arqentinalı yarımmüdafiəçisi "Əl-Şabab"a trasfer olub.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Əndəlüsiya təmsilçisi ilə mövsümün sonuna qədər müqaviləsi olan 31 yaşlı ulduz futbolçu yeni komandasına yayda qoşulacaq."Əl-Şabab" bu transfer üçün "Sevilya" klubuna heç bir bonservis bədəli ödəməyəcək. Baneqa yeni klubu ilə 3 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, arqentinalı futbolçu bu mövsüm 23 oyunda 2 qol vurub, 7 qolun ötürməsini verib.