cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Derbidə kuryoz qollar - Video

27.01.2020 12:35 Oxundu 342


İtaliya A Seriyasında XXI turun "Roma" - "Latsio" derbisi kuryoz qollar vurulub.
Cempion.az xəbər verir ki, "Olimpiko" stadionunda keçirilmiş oyunda ilk qolu 26-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Edin Ceko vurub. Bosniya və herseqovinalı hücumçu rəqib qapıçı Tomas Strakoşanın çıxışda uğursuz oyunundan yararlanaraq, başla topu tora göndərib.

Lakin 34-cü dəqiqədə künc zərbəsindən sonra "Roma"nın qapıçısı Pau Lopes topu uzaqlaşdırarkən səhvə yol verib. Nəticədə "Latsio"nun müdafiəçisi Ştefan Radu fərqlənməyə imkan tapıb. Beləliklə, paytaxt derbisi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, 21 turdan sonra "Latsio" 46 xalla 3-cü, "Roma" 39 xalla 4-cü pillədədir.