27.01.2020 13:20
367

Zirə” klubu Robin Nqalande ilə yolları ayırıb.
Cempion.az xəbər verir ki, bu barədə “qartallar”ın rəsmi saytı məlumat yayıb. Malavili hücumçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
Qeyd edək ki, “Zirə” Nqalande ilə 2019-cu ilin yanvarında 6 ay+1 illik şərtiylə müqavilə imzalamışdı. 27 yaşlı hücumçu bu mövsüm Premyer Liqada 5 oyunda iştirak edib.