27.01.2020 13:35
334

"Atletko Madrid" heyətini daha bir futbolçu ilə gücləndirə bilər.
Cempion.az İspaniya mətbuata istinadən xəbər verir ki, uruqvaylı hücumçu Ispaniya təmsilçisi ilə ilkin razılıq əldə edib. Kavaninin tibbi müayinədən keçdiyi də bildirilir. Kavaninin transferində hələ ki, tək maneə PSJ-dir. “Atletiko” Paris təmsilçisi ilə hələlik transfer məbləğində razılığa gələ bilməyib.
Qeyd edək ki, "PSJ" ilə yaya qədər müqaviləsi davam edən Kavani, bu mövsüm Liqa 1-də 9 oyunda iki qol vurub.