cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

"Bordini istəmədiz, biz də göndərdik" - Etiraf

27.01.2020 14:14 Oxundu 334


"Neftçi"nin idman direktoru Ceyhun Sultanov komanda üzvləri ilə görüş keçirib.
Cempion.az xəbər verir ki, toplantı Antalya səfərinin yekunlarına həsr edilib.
Yoldaşlıq oyunlarında "Lodz" (0:4), Kiyev "Dinamo"su (1:2) və "Desna"ya (0:2) uduzan Bakı təmsilçisi gözlənildiyi kimi, tənqidə məruz qalıb.
Sultanov nəticələrdən narazılığını söyləməklə yanaşı, bildirib ki, yol verilən səhvləri Premyer Liqada təkrarlamaq olmaz. O, Roberto Bordinin dönəmində üst-üstə yığılan problemlərin artıq aradan qalxmasının vacibliyini söyləyib.
İdman direktoru futbolçulardan Füzuli Məmmədova dəstək istəyib. Klub rəsmisi yeni baş məşqçinin arxasında dayanacaqlarını qeyd edib:

"Bordini istəmədiz, biz də göndərdik. Bu işlərin hamısını sizə görə etdik. İndi komanda olaraq nəticə qazanmalıyıq".