27.01.2020 15:15
338


"İnter”ə keçəcəyi gözlənilən “Tottenhem”in futbolçusu Kristian Eriksen Milana gedib.
Cempion.az Italiya mətbuatına istinadən xəbər verir ki, onun bu gün tibbi müayinədən keçəcəyi bildirilir. Klubların 27 yaşlı yarımmüdafiəçinin keçidi üçün 20 milyon avroya razılaşdığı qeyd olunub.
Qeyd edək ki, Danimarka millisinin üzvü 2013-cü ildə “Ayaks”dan “Tottenhme”ə keçib.