cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

"Qalatasaray"dan Droqba açıqlaması - Rəsmi

27.01.2020 15:50 Oxundu 348


"Qalatasaray" klubunun keçmiş futbolçusu Didier Droqbanı məşqçi postuna gətirməyi düşündüyü və artıq onunla görüş keçirdiyi barədə yazılar dərc edilib.
Cempion.az klubun rəsmi əyfəsinə istinadən xəbər verir ki, bununla bağlı klubdan rəsmi açıqlama verilib. Belə ki, "sarı-qırmızılılar" belə bir məsələnin gündəmlərində olmadığını bildirib:
"Bəzi media orqanlarında komandamızın rəhbərliyinin Didier Droqbanın məşqçiliyə gətirilməsi barədə onunla görüş keçirməsi barədə əsassız xəbərlər yayılıb. Öncəliklə bildirmək istəyirik ki, bütün kollektivimiz - klub rəhbərliyi, məşqçilər korpusu, futbolçular və azarkeşlərimiz çempionluğa hədəflənib. Belə yalan məlumatlara inanmamağınızı sizdən xahiş edirik".

Qeyd edək ki, Droqba 2013-2014-cü illər mövsümündə "Qalatasaray"da çıxış edib. Əfsanəvi futbolu çıxdığı 37 oyunda 15 dəfə fərqlənib.