cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Dembeledən sevindirici xəbər

27.01.2020 17:35 Oxundu 326


“Barselona”nın zədəli futbolçusu Usman Dembele yenidən komanda ilə məşqlərə başlayıb.
Cempion.az "AS" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı hücumçu artıq növbəti oyunlarda Kataloniya təmsilçisinə komek edə biləcək.

Qeyd edək ki, Dembele 2019-cu ilin noyabrında, Dortmund “Borussiya”sı ilə Çempionlar Liqasının qrup mərhələsinin matçında (3:1) zədələnmişdi. O, ötən il ərzində bir neçə dəfə zədələnərək vacib oyunlarda komandasına kömək edə bilməyib.