28.01.2020 16:00
331

Qış fasiləsində "Zirə"ni Malayziyanın "Melaka Yunayted" klubuna dəyişən Soni Nordenin yeni klubunda debütü kifayət qədər uğurlu alınıb.
Cemрion.az yerli mətbuata istinadən xəbər verir ki, haitili hücumçu "Negeri Sembilan" ilə yoxlama matçında 3 qol vurub. 30 yaşlı futbolçu cəmi 5 dəqiqəyə het-trik etməklə, bütün diqqətləri üzərinə çəkib.
Görüş isə "Melaka"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb.