cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

"Ankaragücü"ndə yeni baş məşqçi

28.01.2020 09:39 Oxundu 342

Türkiyənin “Ankaragücü” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Cemрion.az klubun saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisini Mustafa Reşit Akçay çalışdıracaq.
 
O, bu vəzifədə bir neçə gün öncə istefaya göndərilən Mustafa Kaplanı əvəz edəcək. Akçayın müqavilə müddəti açıqlanmayıb.
 
“Ankaragücü” hazırda Türkiyə Superliqasında 19 oyuna 13 xal toplayıb və 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.