cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Hazard Madrid derbisində oynayacaq?

28.01.2020 11:22 Oxundu 357


"Real"ın futbolçusu Eden Hazard La Liqanın 22-ci turunda "Atletiko" ilə oyunu buraxacaq.

Cempion.az "AS" nəşrinə istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı yarımmüdafiəçinin zədədən hələ də bərpa olmamasıdır. O, ötən həftə topla məşqlərə başlasa da, fərdi qaydada məşqlərini davam etdirir. "Real"ın tibbi heyəti belçikalı oyunçunun Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti" (26 fevral) ilə birinci matça kimi tam hazır olacağını gözləyir.

Qeyd edək ki, "Real" - "Atletiko" görüşü fevralın 1-i keçiriləcək.