cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Ramos Brayantın formasını geyindi

28.01.2020 15:15 Oxundu 338


"Real"ın futbolçusu Serxio Ramos bugünkü məşqə helikopter qəzasında həlak olan əfsanəvi basketbolçu Kobe Brayantın forması ilə çıxıb.

Cempion.az xəbər  verir ki, ispan müdafiəçi  Brayantın ABŞ millisində geyindiyi 10 nömrəli forma ilə məşqdə iştirak edib.

Qeyd edək ki, Madrid klubunun oyunçuları və məşqçi qərargahı əfsanəvi basketbolçunun ölümü ilə əlaqədar hazırlığa bir dəqiqəlik sükutla başlayıb.