cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

“Qəbələ” “Keşlə” ilə oyuna Bakıda hazırlaşır

29.01.2020 11:25 Oxundu 335


Türkiyə toplanışını başa vurduqdan sonra ikigünlük istirahətə buraxılan “Qəbələ” Bakıda bir araya gəlib.

Cempion.az klubun saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XV turunun “Keşlə” ilə görüşünün hazırlığına paytaxtda start verib. Elmar Baxşıyevin komandası fitnes zalında hazırlıq keçib. Futbolçular müxtəlif fiziki təmrinlərini yerinə yetiriblər. “Qəbələ”nin növbəti məşqi Bakı Olimpiya Stadionunda baş tutacaq.

Xatırladaq ki, fevralın 2-də keçiriləcək “Qəbələ” – “Keşlə” matçı saat 15:00-da başlayacaq. Oyun Qəbələ şəhər stadionunda keçiriləcək.