29.01.2020 11:35
301

Bu gün futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit-raund mərhələsində ilk oyununu keçirəcək.
Cempion.az xəbər verir ki, rəqib Xorvatiya yığması olacaq. Osiek şəhərindəki “Qradski vrt Arena”da keçriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götrəcək və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Oyunu italiyalı hakimlər - Angelo Galante, Nicola Manzione və Alessandro Malfer idarə edəcəklər. C qrupunda bu yığmalardan başqa Rusiya və Slovakiya komandaları da yer alıb. Reqlamentə əsasən, elit-raundda qrup qalibi olacaq 4 komanda birbaşa dünya çempionatına yüksələcək. Qrupları ikinci pillədə başa vuranlar isə "pley-off"da üz-üzə gələcəklər.
Qeyd edək ki, mundial 12 sentyabr - 4 oktyabrda Litvada təşkil olunacaq.