cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

“Ağsu” I diviziondan uzaqlaşdırılıb

29.01.2020 11:45 Oxundu 353

“Ağsu” futbol klubu birinci diviziondan uzaqlaşdırılıb.
Cempion.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, klub rəhbərliyi danışılmış oyunlarda iştiraka görə komandadan uzaqlaşdırılan şəxslərin çoxluq təşkil etdiyini və bu səbəbdən ikinci dövrədə oynamamaq qərarına gəldiklərini Peşəkar Futbol Liqasına yazılı şəkildə bildirib. Vəziyyəti nəzərə alan PFL “Ağsu” futbol klubunu Azərbaycan birinci divizionundan kənarlaşdırmağı qərara alıb.

Qeyd edək ki, komanda çempionatın yarısında iştirak etdiyinə görə qarşıdan gələn oyunlarda 0:3 hesablı texniki məğlubiyyət alacaq. Heyətdə yer alan oyunçular isə sərbəst futbolçu statusuna malikdir.