29.01.2020 12:45
316

Braziliyanın "Flamenqo"klubu 2019-cu ilin yanvarında "İnter"dən icarəyə götürdüyü Qabriel Barbozanın transfer hüququna yiyələnib.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Rio-de-Janeyro təmsilçisi "Qabiqol" ləqəbli futbolçunu 17 milyon avroya birdəfəlik transfer edib. 23 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "İnter" braziliyalı hücumçunu 2016-cı ildə "Santos"dan 29,5 milyon avroya transfer etmişdi. Barboza ötən il 41 oyuna 34 qol vurub, 11 assist etmişdi.