cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

Daha 1 il "Mançester Siti"də

29.01.2020 13:28 Oxundu 334


"Mançester Siti” Fernandinyonun müqaviləsini uzadıb.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə 2021-ci ilin iyununa qədər anlaşma imzalanıb.

Qeyd edək ki, brazliyalı futbolçu 2013-cü ildə Donetsk "Şaxtyor”undan "Mançester Siti”yə keçib. Təcrübəli oyunçu bu mövsüm 20 oyun keçirib.