cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

"Sumqayıt"ın futbolçusu əməliyyat olunub

29.01.2020 13:40 Oxundu 330


"Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev bir müddət yaşıl meydanlardan uzaq qalacaq.
Cempion.az xəbər verir ki, Antalya toplanışında zədələnən 25 yaşlı yarımmüdafiəçi əməliyyat olunub. Uğurlu əməliyyat keçən futbolçunun hansı müddətə sıraya dönəcəyi hələlik bilinmir.
 
Qeyd edək ki, Vüqar bu mövsüm Premyer Liqada 13, ölkə kubokunda 3 oyun keçirib.