29.01.2020 13:50
316


"Liverpul"un baş məşqçisi Yurgen Klopp məşhur basketbolçu Kobi Brayantın ölümü barədə haqda danışıb.
Cempion.az Britaniya mətbuatına istinadən xeber verir ki, 56 yaşlı çalışdırıcı amerikalı idmançının fanatı olduğunu söyləyib: "Mən həqiqətən bu xəbərdən şoka düşdüm. Bir dəfə onunla görüşdük, birgə selfi çəkdirdik. Kobinin böyük fanatı idim. O, xeyriyyəçiliklə məşğul idi, idmanı təbliğ edirdi. Kobinin aramızdan ayrılması bizə parlaq həyatda işlərin nə qədər tez pozula biləcəyini göstərdi".
Qeyd edək ki, Brayant 2 gün əvvəl Kaliforniyada helikopter qəzası nəticəsində qızı Cianna ilə birgə dünyasını dəyişib.