cümə axşamı, 01 may 2025

BİZİM FUTBOL

Yığmamızın Antalyada toplanışı olacaq

29.01.2020 14:50 Oxundu 305


17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının fevralın 1-dən 2-dək Bakıda, fevralın 2-dən 12-dək isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı olacaq.
Cempion.az AFFA-nın saytına istinadən xəbər verir ki, hazırlıq müddətində yığmamız fevralın 6-da Tacikistanın U-17 və fevralın 10-da Danimarkanın “Hellerup” klubu ilə yoxlama oyunları keçirəcək. Toplanışa 25 futbolçu dəvət olunub:

1 Bayram Nəcəfəliyev – "Paxtakor" (Özbəkistan)
2 Ağadadaş Salyanski – ''Neftçi"
3 Elcan Əbilov – ''Neftçi''
4 Fariz Xeyrullayev – ''Neftçi''
5 Sahib Həsənov – ''Keşlə''
6 Qurban Səfərov – ''Keşlə''
7 Rəhman Məmmədov – ''Sumqayıt''
8 Xəyal Feyzullayev – ''Sumqayıt''
9 Amin Qarayev – ''Qarabağ''
10 Nəriman Axundzadə – ''Qarabağ''
11 Vasif Fəracov – ''Qarabağ''
12 İbrahim Ramazanov – ''Qəbələ''
13 Nuğay Rəşidov – ''Qəbələ''
14 İxtiyar Məmiyev – ''Qəbələ''
15 Emil Süleymanov – ''Qəbələ''
16 Sənan Qərimov – ''Qəbələ''
17 Fərid Kələntərov – ''Qəbələ''
18 Namiq Şamilov – ''Qəbələ''
19 Elxan Zeynalabdinzadə – ''Sabah''
20 Firəddin Abdullayev – ''Sabah''
21 Xəyal Əliyev – ''Səbail''
22 Nicat Quliyev – ''Səbail''
23 Mahmud Ağayev – ''Zirə''
24 Ayxan Suleymanlı – ''İH Mançester'' (İngiltərə)
25 Aydın Serkan – ''Kocaelispor'' (Türkiyə)