cümə axşamı, 01 may 2025

DÜNYA FUTBOLU

"Tottenhem" "PSV"nin oyunçusu ilə razılığa gəlib

29.01.2020 15:40 Oxundu 342


Niderlandın "PSV" klubunda bu mövsüm ulduzu parlayan Stiven Berqveyn karyerasını İngiltərədə davam etdirəcək.
Cempion.az "De Telegraaf" istinadən xəbər verir ki, "Tottenhem" klubu 22 yaşlı hücumçunun transferi üçün 30 milyon avro ödəyib. Berqveynin illik maaşı bonusları çıxmaqla 3,5 milyon avro olacaq. Futbolçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb. 22 yaşlı oyunçu London klubunda 23 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, gənc ulduz 2011-ci ildə "Ayaks"ın akademiyasından PSV-yə keçib. Niderland millisinin üzvü bu mövsüm 29 oyuna 6 qol vurub, 13 assist edib.