29.01.2020 16:10
334

"Mançester Yunayted" "Sportinq"in yarımmüdafiəçisi Brunu Fernadeşin transferində razılıq əldə edib.
Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" bu keçid üçün 55 milyon avro ödəməyi qəbul edib. Daha 25 milyon avro isə bonuslar şəklində Lissabon klubuna ödəniləcək. Ümumilikdə bu transfer Mançester təmsilçisinə 80 milyon avroya başa gələ bilər.
Qeyd edək ki, Lissabon klubu 25 yaşlı futbolçunu 2017-ci ildə "Sampdoriya"dan 9,69 milyon avroya heyətinə cəlb etmişdi. Portuqaliyalı futbolçu bu müddət ərzində "Sportinq"də kapitanlığa qədər yüksəlib və komandada 132 oyuna 62 qol vurub, 42 assist edib.