29.01.2020 16:31
361

Almaniyanın “Fortuna” klubu çalışdırıcısı Fridhelm Funkellə yollarını ayırıb.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, Funkelin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Buna səbəb komandanın bu mövsüm göstərdiyi qeyri-kafi nəticələri səbəb olub.
2016-cı ildən “Fortuna”nı çalışdıran Funkel, 2019-cu ilin dekabrında müddəti 2021-ci ilə qədər olan yeni sözləşmə imzalamışdı.
Qeyd edək ki, “Fortuna” hazırda Bundesliqada 15 xalla sonuncu sıradadır.