29.01.2020 17:20
380

“Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiçin “Mançester Yunayted”ə keçidi baş tutmayıb.
Cempion.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, xorvat futbolçunun həyat yoldaşı Rakel ərinin İngiltərədə oynamasına imkan verməyib. Buna səbəb kimi onun Barselonada yaşamaq istəyi göstərilib.
Qeyd edək ki, İvan və Rakel 2011-ci ildə tanış olublar. Onlar 2013-cü ildə ailə qurublar.